KİV: Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir

SİYASƏT
11:21 13.06.2024
195
Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir.

Bu barədə "Hraparak” məlumat yayıb.

Mənbə bildirib ki, hakimiyyət keşiş Baqratın başçılığı altında keçirilən aksiyaya məhəl qoymasa da, N.Paşinyanın təhlükəsizliyinə yönəlik tədbirləri artırır.

Məlumata görə, hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib.

Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.
 
///report
OXŞAR XƏBƏRLƏR