KİV: Rusiya ordusu qadınlardan ibarət hücum dəstələri yaradır

KİV: Rusiya ordusu qadınlardan ibarət hücum dəstələri yaradır
DÜNYA
18:05 24.10.2025
72
Rusiya ordusu əsas döyüşlərin getdiyi Pokrovsk istiqamətində ciddi itkiləri kompensasiya etmək məqsədilə qadınlardan ibarət hücum dəstələri formalaşdırır.

Bu barədə "RBK-Ukrayna” kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun 506-cı motoatıcı polkunun komandiri qadınları hücum bölmələrinə cəlb edir. Bu addım muzdlu və müqaviləli əsgərlərin ehtiyatının tükəndiyindən xəbər verir.

Bildirilir ki, qadınlar yalnız hücumlarda deyil, həm də kəşfiyyat əməliyyatlarında da istifadə olunur: "Əgər yaşayış məntəqəsinə hücum uğursuz olarsa, onlara mülki geyimlərə keçərək, dinc sakinlər qiyafəsində Ukrayna ordusunun hərəkətləri barədə məlumat toplamaq əmri verilir".
 
apa
OXŞAR XƏBƏRLƏR