KİV: Sepahın kontr-admiralı Əlirza Təngsiri öldürülüb

KİV: Sepahın kontr-admiralı Əlirza Təngsiri öldürülüb
DÜNYA
12:39 26.03.2026
396
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri İsrailin hücumu nəticəsində ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İran rəsmiləri hələ ki onun ölümü ilə bağlı açıqlama yaymayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR