KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub

KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub
DÜNYA
19:10 09.03.2025
213
Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalarda 231 hökumət döyüşçüsü həlak olub.

Bu barədə "Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, qiyamın yatırılması əməliyyatının aparıldığı bölgələrdə onlarla döyüşçü itkin düşüb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Ən şiddətli atışma Cebla şəhərində baş verib. KİV-in məlumatına görə, qarşıdurmalar zamanı yüzlərlə insan həlak olub.
 
///report
OXŞAR XƏBƏRLƏR