ABŞ və İsrailin İranla müharibəsinin doqquzuncu günündə dünya mediasında yeni məlumatlar dərc edilir. Əsasən İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar yeni mərhələyə daxil olması və artıq ölkənin enerji resurslarını hədəf almağa başlaması vurğulanır.
AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, eyni zamanda İranın ABŞ-ın müttəfiqlərinə, Körfəz ölkələrinə qarşı cavab zərbələrinin davam etdiyi bildirilir.
Hansı ki, İran prezidenti Məsud Pezeşkianın neftlə zəngin krallıqlara qarşı əvvəlki hücumlara görə üzr istəmişdi və bu hücumların dayandırılacağını bildirmişdi. Buna baxmayaraq hücumlar davam edir.
İran rəsmilərinin bir-birinə zidd açıqlamaları və pərakəndə mesajları Tehran hakimiyyəti daxilində fikir ayrılığının ola biləcəyini göstərir. Bu isə Tehran rəhbərliyinin yaxın vaxtlarda yeni ali dini lider seçə biləcəyi barədə yayılan məlumatlar fonunda baş verir. Yeni lider təxminən qırx il ölkəyə rəhbərlik etmiş və müharibənin ilk zərbələri zamanı həlak olan Ayətullah Əli Xameneini əvəz etməlidir.
Bu arada ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika quru qoşunları İrana göndərilə bilər, lakin bunun üçün "çox ciddi səbəb” olmalıdır.










































