KİV: Tramp 30 sentyabrda ABŞ generalları ilə görüşdə iştirak edəcək

KİV: Tramp 30 sentyabrda ABŞ generalları ilə görüşdə iştirak edəcək
DÜNYA
22:12 28.09.2025
136
ABŞ Prezidenti Donald Tramp ölkənin müharibə naziri Pit Heqsetin sentyabrın 30-da Virciniya ştatında yüzlərlə amerikalı general və admiral ilə keçirəcəyi görüşdə iştirak edəcək.

"Biz Ağ Evdən ABŞ Prezidentinin çərşənbə axşamı görüşdə iştirak edəcəyinə dair təsdiq aldıq", – nəşrin əldə etdiyi sənəddə qeyd olunur.

Məlumata görə, Trampın iştirakı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edəcək.

Donald Tramp daha əvvəl bəyan edib ki, bu görüşdə qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, tədbirdə xüsusən "ən yeni sistemlər və s." müzakirə olunacaq, lakin detalları açıqlamayıb.
 
/report
OXŞAR XƏBƏRLƏR