KİV: Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər

SİYASƏT
15:11 20.01.2025
193

ABŞ-nin yeni seçilmiş prezidenti Ponald Tramp enerji hasilatını artırmaq və Bayden administrasiyası tərəfindən sənayeyə tətbiq edilən çoxsaylı ekoloji məhdudiyyətləri aradan qaldırmaq üçün vəzifəyə gəldikdən sonra verdiyi ilk qərarlardan biri kimi enerji ilə bağlı fövqəladə vəziyyət elan edə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələr bildiriblər ki, Tramp federal mülkiyyətdə olan torpaqlarda yeni neft və qaz yataqlarının işlənilməsi yolu ilə karbohidrogen hasilatını əhəmiyyətli dərəcədə artırmaq üçün xüsusi prezident səlahiyyətlərindən istifadə edə bilər.

Seçilmiş prezident Baydenin yeni mayeləşdirilmiş təbii qaz ixracı lisenziyalarına moratoriumunu qaldıra, nəqliyyat vasitələrinin çirklənməsini məhdudlaşdıran və yanacağa qənaət tələblərini müəyyən edən hökumət qaydalarını geri qaytara və amerikalıların elektrikli avtomobillərə keçməsi üçün hökumətin stimullarını aradan qaldıra bilər.

Energetika sahəsində fövqəladə vəziyyətin elan edilməsi Trampa adətən qasırğalara, terror hücumlarına və digər gözlənilməz hadisələrə operativ reaksiya göstərmək üçün istifadə olunan 150 tədbirə çıxış imkanı verə bilər.

"Onlar bütün enerji zəncirinə təsir edə bilər - neft yataqlarından tutmuş avtomobil satışı həyata keçirilən salonlara qədər”, - agentliyin müşahidəçiləri qeyd edirlər. Bundan əlavə, "The Washington Post” qəzeti mənbələrə istinadən Trampın Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Parkında neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətini təsdiqləyir.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan edib ki, qalib gələrsə, ABŞ-nin dünyada enerji dominantlığına nail olması üçün əlindən gələni edəcək. Bu da ABŞ-də enerji hasilatının artması və ölkənin qlobal enerji ixracındakı payının artması deməkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər