KİV: Yaponiyada üç PUA AES-in məhdud hava məkanına daxil olub

KİV: Yaponiyada üç PUA AES-in məhdud hava məkanına daxil olub
DÜNYA
09:56 27.07.2025
120
Yaponiyada naməlum üç pilotsuz təyyarə ölkənin cənub-qərbindəki Küsu adasındakı "Genkay” AES-in üzərindəki məhdudlaşdırılmış hava məkanına daxil olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Atom elektrik stansiyasının sahibi olan "Kyushu Electric Power” enerji şirkəti dronlar barədə səlahiyyətlilərə məlumat verib. Pilotsuz təyyarələr heç bir ziyan vurmayıb, atom elektrik stansiyası normal işləyir. Polis dronları axtarır.

Yaponiyada xüsusi icazə olmadan mühüm infrastruktur obyektlərinin, o cümlədən atom elektrik stansiyalarının üzərində pilotsuz nəqliyyat vasitələrinin hava məkanına buraxılması qadağandır.
OXŞAR XƏBƏRLƏR