Kıvanç Tatlıtuğ ailəsi ilə birlikdə 1.5 milyon avroluq lüks yaxtası ilə Bodrumda dincəlir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur türk aktyoru Kıvanç Tatlıtuğ hazırda ailəsi ilə birlikdə Bodrumun Yalıkavak bölgəsində istirahət edir.
Sənətçi yeni aldığı xüsusi sifarişlə hazırlanmış Mazu 52 HTS model, təxminən 1.5 milyon avro dəyərindəki lüks yaxtası ilə diqqətləri üzərinə çəkib.
Məşhur aktyor dəniz səyahəti zamanı sükanı şəxsən özü idarə edərək peşəkar kaptan performansı nümayiş etdirib.
Ege dənizinin turkuaz sularında istirahət edən ailənin xoşbəxt və enerjili halları obyektivlərə yansıyıb. Aktyor həm dincəlir, həm də oğluyla əyləncəli vaxt keçirir.
Oksana