Kıvanç Tatlıtuğdan 240 min avroluq yatırım

Kıvanç Tatlıtuğdan 240 min avroluq yatırım
MAQAZİN
15:49 07.11.2016
2388
Kıvanç Tatlıtuğ yaz üçün 240 min avroluq yatırım edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz gəmisini satıb yenisini sifariş edən məşhur aktyor, yeni gəmisi üçün 240 min avro ödəyib.
 
Avtomobil və motosikletdən sonra dənizçiliyə də maraq göstərən aktyor Finlandiya markası Axoparın, Axopar 37 modelini sifariş edib. Yeni gəmi almağına səbəb, artıq böyük gəmilərə marağının qalmamasıdır. Lüks və klassik avtomobillərə olduğu qədər motosikletlərə də böyük maraq göstərən Kvanc Tatlıtuğ, son bir neçə ildir ki, daha çox boş vaxtını dənizdə keçirməyə üstünlük verir.
 
Onu da qeyd edək ki, bu il Yaxta Klublarının birinə üzv olub yelkən istifadə etməyi öyrənən məşhur aktyor, kiçik sürətli kater alıb bütün yazı dənizdə keçirmişdir. Xanımı Başak Dizer də dənizdə yaşamağı çox sevdiyi üçün Tatlıtuğ, daha etibarlı bir katerinin olmasına qərar verib. İndi maraqla yeni oyuncağının təslim edilməsini gözləyən Kıvanc Tatluğ, Axopar 37-nə gələn ilin ilk aylarında qovuşacaq.
 
Dursun,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR