Kiyev administrasiyası Almaniyada yaşayan ukraynalıları orduya cəlb etmək istəyir

Kiyev administrasiyası Almaniyada yaşayan ukraynalıları orduya cəlb etmək istəyir
DÜNYA
16:14 21.12.2023
183
Əsgər sayını artırmağı hədəfləyən Ukrayna diqqətini Almaniyada yaşayan vətəndaşlarına yönəldib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ordusu qışda Rusiya ilə münaqişələrin güclənəcəyi ehtimalını nəzərə alaraq əsgərlərinin sayını artırmaq istəyir.

Prezident Volodimir Zelenski ordu rəsmilərindən 500 min əsgəri səfərbər etmək təklifi aldığını bildirib.

Almaniya mətbuatına açıqlama verən Ukraynanın müdafiə naziri Rustem Umerov bu istiqamətdə səyləri təsdiqləyən açıqlamalar verib.

Umerov Almaniyada yaşayan sağlam ukraynalıların gələn il silahlı qüvvələrdə xidmət alacağını gözləyir.

Ayşən
OXŞAR XƏBƏRLƏR