Kiyev atəşə tutuldu: Raket qalıqları şəhər ərazisinə düşüb

Kiyev atəşə tutuldu: Raket qalıqları şəhər ərazisinə düşüb
DÜNYA
09:33 16.05.2023
156
Gecə saatlarında Ukraynanın paytaxtı Kiyev atəşə tutulub.

AZXEBER.COM bu barədə paytaxtın meri Vitali Kliçkonun teleqram kanalına istinadən xəbər verir.

O bildirib ki, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb, həmçinin bir neçə avtomobilə ziyan dəyib.

"Hava hücumu davam edir, sığınacaqlarda qalın!", - o, qeyd edib.

Eyni zamanda, Kliçko əlavə edib ki, hadisə zamanı üç nəfər yaralanıb.
Ərazidə xilasedicilər işləyir.

Hələlik ölənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur. 
OXŞAR XƏBƏRLƏR