Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışlar olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko sosial şəbəkədə açıqlamalar verib.
Kliçko sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib.
Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun "Şahad” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini bildirib.
Bütün İHA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edildiyini bildirən Popko hücum nəticəsində yaralanan vətəndaşlar və ya söküntü ilə bağlı hələlik məlumat almadıqlarını bildirib.
Gülay