Kiyev metrosu fəaliyyətini bərpa edib. Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb. Bildirilib ki, paytaxt metrosu hər üç xətt üzrə normal fəaliyyətə başlayıb: "Qatarlar 6 dəqiqəlik fasilələrlə hərəkət edir”. Qeyd olunub ki, xarici enerji mənbələrindən verilən gərginliyin itməsi səbəbindən metroda qatarların hərəkəti müvəqqəti dayandırılmışdı. /APA