Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxlayıb - FOTO

Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxlayıb - FOTO
DÜNYA
17:20 30.05.2021
662
Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb.

Bu barədə "Report”un Şərqi Avropa bürosuna Kiyev Vilayət Polisindən bildirilib.

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR