Kiyev yenidən dronların hücumuna məruz qalıb

Kiyev yenidən dronların hücumuna məruz qalıb
DÜNYA
08:56 10.06.2025
308
Rusiya Federasiyası Ukraynanı PUA və raketlərlə kütləvi şəkildə atəşə tutub, Kiyevdə yanğınlar və dağıntılar var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Çerniqov və Çerkassı vilayətlərində PUA uçuşlarının qeydə alındığını açıqlayıb.

Bundan başqa Kiyevin bəzi bölgələrində partlayış və dağıntıların olduğu, yanğınların baş verdiyi bildirilir.

Kiyev meri Vitali Kliçki Kiyevin kütləvi şəkildə dron atəşinə tutulduğunu yazıb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR