Kiyevdə “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib – FOTO - VİDEO

Kiyevdə “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib – FOTO - VİDEO
SOSİAL
23:12 16.06.2020
852
İyunun 15-də Ukraynanın paytaxtı Kiyevdə Milli Qurtuluş Günü ilə bağlı "Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən konfransdan əvvəl Kiyev şəhərində ulu öndərin Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib, önünə tər çiçəklər qoyulub. Azərbaycan dövlətçiliyinin memarı, Ukrayna xalqının böyük və səmimi dostu Heydər Əliyevin nurlu xatirəsi anılıb, dahi siyasi xadimin və gözəl insanın xatirəsinə ehtiram ifadə olunub.

Sonra səfirliyin böyük akt zalında konfrans öz işinə başlayıb. Tədbirdə Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar, Türkiyə, Moldova və Türkmənistanın bu ölkədəki səfirləri, Ali Radanın deputatları - Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycan Ticarət Evinin rəhbəri Daşqın Əhmədov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin, yerli KİV rəhbərləri, soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib. Konfransda çıxış edən səfir Elmira Axundova Ulu Öndərin siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. "Heydər Əliyev dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun və strukturlaşdırılmış diaspor təşkilatlarının yaradıcısı olub. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra milli siyasət konsepsiyasında dünya azərbaycanlıları və ümumiyyətlə, Azərbaycandan olan soydaşlarımızla iş prioritet yerlərdən birini tutub. Ulu Öndər bütün görüşlərdə azərbaycançılıq ideologiyası ətrafında birləşməyi qarşıya məqsəd qoyub. Ümummilli Lider soydaşlarımızla görüşlərində söyləyirdi ki, Azərbaycan diasporu müasir siyasi həyatda böyük rol oynaya bilər. O, ölkənin maraqlarını fəal şəkildə müdafiə etməli, Vətəni haqqında obyektiv məlumat verməli, bütün dünyaya sübut etməlidir ki, Azərbaycan təcavüzün qurbanına çevrilib. Heydər Əliyev hansı ölkəyə gəlsə də, iş qrafikinin gərgin olmasına baxmayaraq, xaricdə yaşayan həmvətənləri ilə görüşməyi öz vəzifəsi hesab edirdi və bu görüşlərdə bir məqam xüsusilə səslənirdi: "Milli birlik bizə su, hava kimi lazımdır. Biz hamımız azərbaycanlıyıq”, - deyə diplomat qeyd edib.

Elmira Axundova vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev diaspor təşkilatlarımızın milli ideologiya ətrafında daha sıx birləşməsi üçün onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Səfir pandemiya dövründə vətəndaşlarımıza, soydaşlarımıza göstərdikləri dəstəyə görə Ukraynanın diaspor rəhbərlərinə təşəkkürünü bildirib. Bundan sonra da soydaşlarımıza lazımi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Milli Qurtuluş Günü münasibətilə təbrikini çatdıran Ukrayna Xarici İşlər nazirinin müavini V.Bodnar vurğulayıb ki, ulu öndər Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yaranmasında böyük xidmətləri olub. "Bu bayram Azərbaycan xalqı üçün tarixi və şərəfli günlərdən biridir. Təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna əməkdaşlığı bu gün də hər iki ölkənin prezidentləri tərəfindən inkişaf etdirilir. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərimizin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycanın mühüm yer tutması tamamilə məntiqlidir. İnanıram ki, yeni səfir Elmira Axundova ikitərəfli əməkdaşlığın daha da inkişafında öz töhfəsini verəcək”, - deyə nazir müavini əlavə edib.

Sonra Ukraynanın ikinci Prezidenti Leonid Kuçmanın mətbuat xidmətinin rəhbəri Darka Olifer sabiq dövlət başçısının tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda deyilir: "Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün ağır günlər yaşayıb. Fəxr edirəm ki, mənim dostum, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə Ukrayna-Azərbaycan münasibətlərinin əsasını qoymuşuq. Şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevi dostum deyə çağıra bilərəm. Azərbaycan Prezidenti ölkəsinin inkişafı və sabitliyi üçün atasının siyasətini uğurla həyata keçirir. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir və biz bir-birimizə bu işdə dəstəyimizi davam etdirməliyik”.

Müraciətində L.Kuçma əminliyini bildirib ki, yeni səfir öz fəaliyyəti ilə iki dost ölkə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.

Daha sonra deputatlar Valeri Kolyux, Vladimir Kreydenko, institut direktoru Valeri Kopeyka, GUAM-ın Baş katibi Altay Əfəndiyev, diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin Ulu Öndərin həyat və fəaliyyətindən danışıblar.

Tədbir çərçivəsində yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman” ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının Azərbaycan, rus və ingilis dillərində təqdimat mərasimi keçirilib.

Mərasimdə qeyd edilib ki, ilk dəfədir, bu kitabın 3 dildə təqdimat mərasimi keçirilir. Ulu Öndərin anadan olmasının 100 illiyinədək kitabın Ukrayna dilinə tərcüməsinin nəşr ediləcəyi nəzərdə tutulur.

Tədbirdən sonra qonaqlar üçün ziyafət təşkil olunub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"