Ukrayna paytaxtının mərkəzində və bir neçə rayonda elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Məlumata görə, Kiyevin enerji obyektlərindən birində şəbəkənin həddindən artıq yüklənməsi səbəbindən təchizatda problem yaranıb.
"Qolosiivski, Şevçenkivski və Peçerski rayonlarında elektrik enerjisi qismən kəsilib", - teleqram paylaşımında bildirilib.
Həmçinin qeyd olunub ki, bəzi metrostansiyalarda sistem ehtiyat enerjiyə keçib.
"Fasilə bir dəqiqəyə qədər davam edib. Hazırda bütün metrostansiyalar normal rejimdə işləyir", - məlumatda qeyd olunub.
Hazırda mütəxəssislər enerji təchizatının bərpası üzərində işləyirlər.
/report