Kiyevdə etiraz aksiyası keçirilib

Kiyevdə etiraz aksiyası keçirilib
DÜNYA
20:19 01.03.2025
227
Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

Aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.
OXŞAR XƏBƏRLƏR