Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq edilir

Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq edilir
DÜNYA
16:12 21.03.2022
319
Martın 21-də Kiyevdə (vilayət daxil olmaqla - red.) təhlükəsizliyi artırmaq üçün gücləndirilmiş komendant saatı tətbiq ediləcək. 

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko öz Teleqram kanalında məlumat verib.

Mer bildirib ki, komendant saatı bu gün Kiyev vaxtı ilə saat 20:00-da başlayacaq və 23 mart saat 7:00-a qədər davam edəcək.

Bu müddət ərzində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlər işləməyəcək.

"Ona görə də hər kəsdən xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar. Şəhərdə yalnız xüsusi buraxılışlı avtomobillər hərəkət edə biləcək. Biz hərbi vəziyyət qaydalarına əməl edirik. Silahlı Qüvvələrimizə inanırıq!” - Kliçko qeyd edib.
OXŞAR XƏBƏRLƏR