Kiyevdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

SİYASƏT
14:58 18.11.2013
1045

Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Prezident İlham Əliyev Ukrayna əsgərlərini salamladı.Azərbaycan nümayəndə heyəti Prezident Viktor Yanukoviçə, Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

OXŞAR XƏBƏRLƏR