Kiyevdə mitinqin dağıdılması zamanı azərbaycanlılar xəsarət almayıb
DÜNYA
14:30 01.12.2013
941
“Noyabrın 30-da Kiyevin “Müstəqillik meydanı”nda səhər saat 4-də əsasən tələbələrdən ibarət nümayiş polisin 2 min nəfərə yaxın xüsusi təyinatlı dəstəsi tərəfindən güc tətbiq edilərək dağıdılıb. Hadisə zamanı azərbaycanlı tələbələr arasında xəsarət alan olmayıb”.ANS PRESS-in xəbərinə görə, bu informasiyanı eksklüziv olaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib. Onun sözlərinə görə, ancaq yerli tələbələr və jurnalistlər xəsarət alıb. Hadisədən sonra Maydan tam polisin nəzarəti altına keçib. Ölkə mediasında xəbər yayılıb ki, dünənki nümayişdə bir nəfər həyatını dəyişib. Artıq şəhərdə belə məlumat dolaşır ki, mitinqi Kiyev polisləri deyil, əyalətdən gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dağıdıb.Bu da vurğulanır ki, mitinqi dağıtmağa gələn 2 min nəfərdən yalnız 300 nəfəri Maydandakı insanların dağıdılması əməliyyatında iştirak edib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin məlumatına görə, hadisə səhər saat 4 radələrində olduğuna görə xəsarət alanlar elə də çox deyil, çünki həmin vaxt orda az adam olub. Mitinqlər zamanı kiyevlilərin çoxu gecə evlərində yatdıqdan sonra səhər mitinqə qatılır.