Kiyevdə müharibə başlayandan 390 uşaq doğulub

Kiyevdə müharibə başlayandan 390 uşaq doğulub
DÜNYA
16:02 04.03.2022
547
Kiyevdə son 8 gündə 390 körpə doğulub: 199 oğlan və 191 qız.

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Kiyev müdafiəyə hazırlaşmağa davam edir. Küçələrdə daha çox maneələr, məhdudlaşdırıcı bloklar və tank əleyhinə kirpilər var.

"Şəhərin xəstəxanaları lazım olan hər şeylə təmin olunub. Onlar işləyir. Həkimlər hazır vəziyyətdədir. Paytaxtın doğum evləri də işləyir və son 8 gündə Kiyevdə 390 körpə doğulub: 199 oğlan, 191 qız. Kliçko bildirib.

Eyni zamanda, mer əlavə edib ki, Kiyev zooparkında Bayraktar adı verilən lemur doğulub.

Bundan əlavə, mer paytaxtın humanitar qərargahının işini xatırladıb.

OXŞAR XƏBƏRLƏR