Kiyevdə müxalifət və hakim partiya nümayiş keçirir

SİYASƏT
14:10 03.12.2013
934

Kiyevdə hazırda Ali Radanın ətrafında iki nümayiş keçirilir.

Trend-in  "Ukrinform"a istinadən verdiyi məlumata görə, nümayişi həm müxalifət, həm də hakim Regionlar Partiyası keçirir.

Müxalifət tərəfdarları hökumətin istefasını tələb etdiyi halda, Regionlar Partiyasının nümayəndələri Ukrayna Prezidenti Viktor Yanukoviçin kursunu dəstəklədiklərini bildirirlər.

Milis əməkdaşları və "Berkut" dəstələri Ali Radanın ətrafını əhatəyə alıblar.

OXŞAR XƏBƏRLƏR