Kiyevdə Azərbaycan yeməkləri verilən "Dolma" adlı restoranın qarşısında atışma olub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib.
Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ilə əlaqəli olması ehtimal edilir.