Kiyevdə xalq meydanları tərk etmir

DÜNYA
09:20 09.12.2013
880

Kiyevdə 5 mindən artıq insan kütləvi aksiyalarda iştirak edir.

AZXEBER.COM "RİA Novosti"yə istinadən xəbər verir ki, insanlar Maydanı və ərtaf küçələri tamamilə doldurublar.

Aksiyaçıların əllərində Ukrayna və partiyaların bayraqları var. Əvvəlcə onlar Ukraynanın himnini ifa edib, dualar dinləyiblər.Ukrayna DİN-dən verilən məlumata görə, aksiyada 30 minə yaxın insan iştirak edir, asayişin qorunmasına 5 minə yaxın milis cəlb edilib.Küçələrdən birində Maydana doğru irəliləyən və əllərində Britaniya bayrağı olan qrup müşahidə edilib. Bayrağın üzərində isə "Böyük Britaniya sizinlədir" yazısı olub. Ukraynalılar bu qrupa ingiilis dilində müraciət edərək onlara təşəkkürlərini bildirilər.

OXŞAR XƏBƏRLƏR