Kiyevdə yaşayış binası raket atəşinə tutuldu: Yaralılar var

Kiyevdə yaşayış binası raket atəşinə tutuldu: Yaralılar var
DÜNYA
23:44 28.04.2022
466
Kiyevin Şevçenko rayonu raket atəşinə tutulub.

Bu barədə Kiyevin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa məlumat verib.

Hadisə nəticəsində zərərçəkələrin olduğu bildirilib.

Raketlərdən biri yaşayış binasına, digəri isə infrastruktur obyektinə tuş gəlib.

Binada sakinlərin yaşadığı qeyd edilib.

Onu da bildirək ki, raket hücumu BMT-nin baş katibi Antoniu Quterrişin Kiyevdə olduğu zaman baş verib.
OXŞAR XƏBƏRLƏR