Kiyevə hücumda iştirak edən 4 qırıcı, 3 helikopter və 1 PUA vuruldu

Kiyevə hücumda iştirak edən 4 qırıcı, 3 helikopter və 1 PUA vuruldu
DÜNYA
10:18 14.03.2022
295
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus dörd təyyarə, üç helikopteri və bir pilotsuz uçan aparatı məhv edib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Martın 13-də döyüşlər zamanı Ukrayna dövlət hava müdafiəsi rusların dörd təyyarəni vurub. Eyni zamanda havadan müdafiə qüvvələrimiz düşmənin 3 helikopterini və bir pilotsuz uçan aparatını məhv edib”, - deyə məlumatda bildirilib.

Verilən məlumata görə, Kiyev vilayətində "Su-35”, "Su-34” və "Su-25” rus təyyarəsi ukraynalı müdafiəçilərin müdafiə istehkamlarına raket və bombalı hücumlar etməyə cəhd edib. Hücumun qarşısı alınıb və təyyarələr vurulub.

Bundan əlavə, Ukraynan zenit-raket qüvvələri rusların üç helikopterinin və bir pilotsuz uçan aparatın məğlubiyyəti barədə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR