Kiyevə kütləvi raket və dronla hücum edilib

Kiyevə kütləvi raket və dronla hücum edilib
DÜNYA
14:06 24.05.2025
282
Mayın 24-nə keçən gecədən başlayaraq Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərinə hava hücumları edilib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, Kiyevdə gecə boyu güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb.

Zərərsizləşdirilən dronlar və ballistik raketlərin qalıqları Kiyevin bəzi ərazilərində fəsadlar yaradıb.

Paytaxtın bir neçə rayonunda yaşayış binaları və qeyri-yaşayış əraziləri ziyan görüb. Hava hücumu zamanı azı 15 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR