Kiyevi bombalayan rus komandirin qandonduran DOSYESİ

Kiyevi bombalayan rus komandirin qandonduran DOSYESİ
DÜNYA
16:49 10.10.2022
1803
Paytaxt Kiyevi bombalayan rus komandir Sergey Surovikin qanlı keçmişi məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Krım körpüsünün bombalanmasından sonra Rusiya prezidenti Putin komandanlığını dəyişib.
 
Ukraynadakı qoşunların rəisi vəzifəsinə əvvəllər Suriyada xidmət etmiş Sergey Surovikin təyin edilib. 

Ukraynada qoşunların başçısı olmuş general Sergey Surovikinin qanlı əməllərlə dolu tarixi var. Məlum olub ki, Suriyada Hələbi bombalayan general kimi tanınan Surovikinin Çeçenistanın bombalanmasında da rolu olub.

11 oktyabr 1966-cı ildə anadan olan Surovikin 2013-2017-ci illərdə Şərq Hərbi Dairəsinə komandanlıq edib və Rusiyanın Suriya vətəndaş müharibəsinə hərbi müdaxiləsi zamanı Suriyadakı Qüvvələr Qrupunun komandiri olub. 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya Ordusunun "Cənub” Ordu Qrupunun komandiri olub. Sergey Surovikin 2017-ci ildən Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsini icra edir və Rusiyanın Ukraynada əməliyyatları başlayandan Cənubi Rusiya Qoşunlarına komandanlıq edir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR