Kiyevlə Moskva yeni danışıqlara hazırlaşır

Kiyevlə Moskva yeni danışıqlara hazırlaşır
DÜNYA
21:35 05.03.2022
413
Ukrayna ilə Rusiya Federasiyası arasındakı danışıqların 3-cü raundu bazar ertəsi, martın 7-də olacaq.

AZXEBER.COM Milli.az-a istinadən bildirir ki, bunu danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olan David Araxamiya deyib.

Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak da xəbəri təsdiqləyib.

"Çox yəqin ki, yeni raundda humanitar dəhlizlərin necə fəaliyyət göstərdiyini müzakirə edəcək, danışıqlar prosesi çərçivəsində əlavələr və mümkün düzəlişləri müzakirə edəcəyik", - M.Podolyak deyib.
OXŞAR XƏBƏRLƏR