Mersinin Kızkalesi tətil diyarında dəniz suyu təxminən 100 metr çəkilib. Ötən həftə Anamur və Bozyazıda çəkilən dəniz suyu qalxaraq yenidən əvvəlki səviyyəsinə çatıb.
AZXEBER.COM xəbər verir ki, Mersinin Erdemli rayonunda YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Kızkalesi çimərliyində dəniz suyu çəkilib.
Yerli sakinlər dəniz suyu ilə örtülmüş qayaların meydana çıxmasından təəccübləndiklərini bildiriblər.
Suların 30 metrə yaxın çəkildiyi Anamur və Bozyazı çimərliklərində su yenidən qalxıb.
Çimərlik əvvəlki səviyyəsinə qaytarılarkən, insanların gəzdiyi qayalıqlar və çimərlik su ilə örtülmüşdür.
Ayşən