Məsəl var, deyirlər ki, “xoruz banlamasa, səhər açılmır ki?”
Düzünü desəm, son illər o qədər xoruz “banları”, “xoruzların” “səslərini” eşitmişik ki, artıq bunlara bir növ adətkar olmuşuq.Onları ciddiyə almağa ehtiyac duymamışıq və duymuruq. Ancaq başqa bir məsəl də var ki, “uman yerdən küsərlər”. Daha konkret qeyd etməli olsam, bəzən qardaş və dost Türkiyədən də gələn bu “banlar”, bu “səsləri” eşidəndə narahat olmaya, narazı qalmaya, üzülməyə bilmirsən. Bu yerdə onu da bəri-başdan deyim ki, tanıyanlar mənim Türkiyəyə və türklərə necə fanatikcəsinə bağlı, daha dəqiq ifadə etsəm, Türkiyə və türk sevdalısı olduğumu yaxşı bilirlər. Türkiyəni daim ikinci ana vətənim hesab etmişəm, edirəm, hər nə olursa-olsun, bundan sonra da edəcəyəm. Buna heç bir şübhə ola bilməz!İndi mətləbin üstünə gələrək, nədən narahat olduğumu, narazı qaldığımı, üzüldüyümü dəyərli oxucuların diqqətinə çatdırmaq, mühakiməsinə vermək istəyirəm.Narahatlığıma və narazılığıma səbəb olan məqam qardaş Türkiyənin nüfuzlu nəşrlərindən olan “Hürriyet” qəzetinin bu yaxınlarda - 19 yanvar tarixli sayında köşə yazarıƏrtoğrul Özkökünişıq üzü görən yazısındakı bəzi “ifadələrdir”.Bu yazıda müəllif türk kimliyini unudaraq, - hərçənd ki, onun türk olduğuna şübhə edirəm və buna da müəyyən əsaslarım var - qardaş Azərbaycan türkləri və Azərbaycanla bağlı təhqir, təxribat xarakterli, düşmən dəyirmanına tökülən yaxşı su ola biləcək “fikirlər” düzüb-qoşmasıdır.Müəllif öz yazısında heç bir fakta əsaslanmadan qeyd edir ki, Qarabağ hadisələri fonunda baş verən “Sumqayıt hadisəsini” azərbaycanlılar törədib və azərbaycanlılar tərəfindən bu hadisə zamanı neçə-neçə erməninin öldürüldüyünə şahid olub.Bu cəfəng iddiaları ilə kifayətlənməyən müəllif sonra yazır ki, həmin hadisəni, həmin mənzərəni guya təkcə o özü yox, bu yaxınlarda dünyasının dəyişmiş Türkiyə mediasının “xaç ata”larından sayılan Mehmet Ali Birand da görüb.Qeyd edim ki, həmin şəxsin də yumşaq şəkildə qeyd etsəm, Azərbaycana və Azərbaycan türklərinə isti münasibəti olmayıb, hər zaman “Hürriyet”dəki yazılarında və “Kanal D”dəki çıxışlarında bizlərə qarşı xoş olmayan mövqeyini sərgiləyib.Bunun da səbəbi gizli deyil, çünki o da “qarışıq qan”dan olanlardandır. Məsələnin hələlik bu tərəfi ilə işim yoxdur, sonra ona da aydınlıq gətirməyə çalışacağam. Bəs görəsən, əsl həqiqət necədir - müəllifin iddia etdiyi kimi, yoxsa, başqa cürdür? Elə ilk baxışdan görmək və qeyd etmək mümkündür ki, müəllifin iddiaları heç də və heç bir halda həqiqətlə üst-üstə düşmür.Birincisi, müəllifin qeyd etdiyi kimi, “Sumqayıt hadisəsi” 1989-cu ildə yox, Qarabağ hadisələri başlayan ilk günlərdə 1988-ci ilin fevralında baş verib.İkincisi, bu şəhərin adı Pripyat deyil, Sumqayıtdır və buradan da açıq-aydın görünür ki, müəllif guya şahidi olduğu hadisənin baş verdiyi şəhərin adını belə düz-əməlli bilmir.Üçüncüsü, “Sumaqyıt hadisəsi” baş verən dövr hələ keçmiş imperiyanın - SSRİ-nin güclü dövrü, “KQB”nin başlar kəsdiyi, ölkənin sərhəddindən “quş belə uçmağa” qoymadığı bir zaman idi.O dövrü az-çox yaşayanlar, ona bələd olanlar da gözəl bilirlər ki, SSRİ-yə xaricdən gələn, yaxud, ölkədən xaricə gedən insanlar kimlər ola bilərdi və onlar nə cür nəzarət altında idilər. Eyni zamanda, o dövrdə SSRİ-nin qardaş Türkiyəyə, türklərə nifrəti, düşmən münasibəti var idi ki, Türkiyədən gələnlərin və Türkiyəyə gedənlərin hansı nəzarətdən, yoxlamadan keçdiyini də təsəvvür etməmək mümkün deyil.Özkökün yazdığından və məntiqindən belə çıxır ki, ssenarisi SSRİ Mərkəzi Komitəsi və “KQB”si tərəfindən yazılan, hazırlanan və ermənilərin özlərini əli ilə həyata keçirilən - qanlı cinayətkar Qriqoryanın əməllərini bilməyənlər yəqin ki, yoxdur - “Sumqayıt hadisəsinə” sonradan don geyindirmək, bunu azərbaycanlıların üzərinə yıxmaq, dünyada Azərbaycan türklərinin vəhşi, ermənilərin isə “məzlum, zavallı xalq” obrazını yaratmaq üçün sovetlər birliyinin təhlükəsizlik orqanları “türk”lərdən də bəzilərini bu qanlı ssenariyə cəlb ediblərmiş.Belə demək mümkünsə, sovet-rus kəşfiyyatı, təhlükəsizlik xidməti orqanları bununla da gələcəkdə-zamanı yetişəndə öz “gec partlayan minalarını” işə salmağı hesablayıblarmış, necə ki, hesabladıqları da “baş verdi”.Yəni, bundan sonra da rahat şəkildə desinlər ki, baxın, bunu ki, biz demirik, biz yazmırıq, biz iddia etmirik. Bunu elə sizin öz can, qan qardaşlarınız edir. İndi görün ki, bizlərin də heç zaman günah yoxuymuş...Ancaq göründüyü kimi, Özköklər bizim can, qan qardaşlarımızdan deyil və ola da bilməz...Elə bu yerdə onu da xatırladım ki, o vaxt “Sumaqyıt hadisəsi” baş verər-verməz dünyanın bir sıra xəbər agentlikləri, elektron və yazılı media qurumları da bu hadisədən geniş “bəhs etmişdi”.Heç təsadüfi deyil ki, Qarabağ hadisələrinin ideoloqlarından biri sayılan və ermənilərlə qanqohumluğu olan jurnalist Henrix Borovikin “Sumqayıt hadisəsinin” necə deyərlər, hələ mürəkkəbi qurumamış Azərbaycanda, Sumqayıtda peyda olması və azərbaycanlıların vəhşi obrazının yaradılmasına hesablanmış, Rusiyanın Birinci kanalı ilə yayımlanmış məlum təxribat xarakterli “Pozisiya” verilişi də keç kimin yadından çıxmayıb.Sonradan nə qədər and-aman etsə, cildən-cildə girməyə çalışsa da, Henrix Borovikin belə bir hadisənin baş verəcəyindən əvvəlcədən məlumatlı olması, Sumqayıta hansı məqsədlə gəlməsi və veriliş hazırlaması da sübuta ehtiyacı olmayan bir aksioma idi.Deməli, əgər, Özkökün yazdıqlarına azacıq olsa belə, inanmış olsaq, onda onun keçmiş SSRİ-nin “KQB”sinin tilovuna düşdüyünü və hələ də köhnə-təzə sahiblərinin qulluğunda olduğunu, bundan sonra da neçə-neçə “türlü-türlü” “siçilləmələri” ortaya qoymağa hazırlaşdığını qeyd etmək olar.Ancaq bir daha “hörmətli” yazarın, eləcə də, onun sahiblərinin diqqətinə onu çatdırmaq lazım gəlir ki, bəhs edilən “Sumqayıt hadisəsi” keçmiş imperiyanın, Mərkəzi Komitə və “KQB”nin ssenarisi əsasında, ermənilərin özlərinin əli ilə Azərbaycana, Azərbaycan türklərinə qarşı hazırlanmış və həyata keçirilmiş növbəti qanlı-cinayətkar bir “proje” idi.Və indi bunları bilə-bilə, yaxud, bilməyə-bilməyə, “bulanıq suda balıq tutmaq” sevdasına düşmək nə ona, nə də onu danışdıranlara hansısa şərəf, hörmət gətirir...Yeri gəlmişkən bir məqamı da qeyd etmək istərdim: apardığım müşahidələr və araşdırmalar zamanı məlum olub ki, qardaş dövlətin əksər media quruluşları bütövlükdə türk millətindən olanların deyil, bu ölkədə yaşayıb, ancaq bıçağını daim xaincəsinə onun kürəyinə saplayan nankorların, xəyanətkarların - daha dəqiq desəm, erməni-yunan-yəhudi-kürd (PKK sevdalıların) əsillilərin nəzarətindədir.Eyni zamanda, qardaş ölkənin belə demək mümkünsə, kino (serial) “sənayesi”, sektoru da həmin məkrli qüvvələrin əlindədir və onların istehsal edib yayınladıqları filmlərin, serialların böyük əksəriyyəti “Latın Amerikası ruhludur”, qətiyyən türk əxlaqını, mənəviyyatını özündə əks etdirmir.Bununla onlar türklərin bir xalq, millət kimi dünyada mənfi obrazının yaradılmasını qarşılarına məqsəd qoyublar və çox əfsuslar olsun ki, buna da türklərin, türk sevdalıların ürək genişliyi, bir qədər də etinasızlığı üzündən müəyyən mənada nail ola biliblər.Eyni ilə də həmin “projeni” türklərə məxsus ad və soyadları ilə Türkiyə yazılı və şifahi mediasında həyata keçirməkdədirlər. Heç təsadüfi deyil ki, bəzən yağı, qəvi düşmələrin dilindən belə, özümüzə qarşı eşitmədiklərimizi Türkiyə “mediasından” eşidirik, görürük. Burada da başlıca məqsəd heç şübhəsiz, qardaşı-qardaşa qoymaq, yenə də “bulanıq suda balıq tutmaq” sevdasıdır.Qeyd edim ki, Türkiyə mediasının bu ölkənin sahibi olan türklərin deyil, antitürk, etnik dairələrinin nəzarəti altında olması faktını hələ Azərbaycan yenicə müstəqillik əldə etdiyi vaxtlarda eşitmişdim.O vaxtlar (1991-96-cı illər) BDU-nun jurnalistika fakültəsində - mənimlə eyni qrupda oxuyan 4 nəfər türkiyəli dostumuz, qardaşımız bunları deyirdi və deyim ki, içi mən qarışıq heç kim deyilənlərə də heç cür inanmaq istəmirdi.Bunu eyni zamanda, o vaxt - 1991-ci ildə Xankəndinə Rusiya və Qazaxıstan prezidentlərinin birgə səfərində iştirak etmiş, azərbaycanlı jurnalist Nadejda İsmayılova ilə birlikdə elə həmin prezidentlərin gözü qarşısında ermənilərin hücumlarına məruz qalmış, paltarları cırıq-çırıq edilmiş, kamerası sındırılmış türkiyəli məşhur jurnalist Yılmaz Poladda da bizimlə görüşündə və o zamankı “7 gün” qəzetinə müsahibəsində açıq-aşkar şəkildə vurğulamışdı...Təvazökarlıq olmasın, mən özüm də bu yöndəki qənaətlərimi, düşüncələrimi hər fürsətdə dilə gətirmişəm, o cümlədən, bir neçə il öncə Azərbaycanda səfərdə olan məşhur türkiyəli jurnalist Cem Oğuza, eləcə də, bir müddət əvvəl Türkiyənin Alaniya şəhərində səfərdə olarkən, bəzi türk sevdalı Türkiyə jurnalistlərinə demişəm və onlar da bu faktı üzüntü ilə təsdiqləyiblər...Amma bütün bunlara rəğmən, Özkök kimilərə belə bir el məsələni də xatırlatmaq istəyirəm ki, “... karvan keçər”.Sizin kimilərinin bu cür təxribatçı, çirkin əməllərlə Azərbaycan və Türkiyə türklərinin arasına salmaq istədiyiniz nifaq “toxumu” bilmərrə cücərməyəcək, cəhdləriniz hər zaman olduğu kimi, bundan sonra da uğursuzluğa məhkum olacaq və arzularının çin olmayaraq, niyyətləriniz öz başınızı yeyəcək... Necə deyərlər, hər şeyin zamana ehtiyacı var!Kamil HəmzəoğluGün.Az