Kliçko bu gün 'qan-qan' deyəcək

Kliçko bu gün
İDMAN
15:17 18.02.2012
2162
Ukraynalı boksçu rəqibinin ona döyüşdən öncə şillə çəkməsinin cavabını rinqdə verəcəyini bildirib

Dünya Boks İttifaqı (WBC) britaniyalı boksçu Derek Çisoranı 50 min dollar məbləğində cərimə edib. Buna onun fevralın 18-də, bu gün Münhendə qarşılaşmalı olduğu dünya çempionu Vitali Kliçkoya şillə vurması səbəb olub. WBC prezidenti Xose Süleyman britaniyalı boksçunun hərəkətinin boksa hörmətsizlik olduğunu bildirib.

İnsident boksçuların çəkisi müəyyənləşdirilərkən baş verib. Derek Çisora qəfildən ukraynalı boksçuya şillə vurub.(İnsidentin videogörüntüsü saytın VİDEO bölümündə). Vitali Kliçko isə təmkinini pozmayıb və onun cavabını şənbə günü rinqdə verəcəyini bildirib.Qeyd edək ki, bukmekerlər və mütəxəssislər Vitali Kliçkonu döyüşün favoriti hesab edirlər. Hətta, onun döyüşü vaxtından əvvəl qələbə ilə başa çatdıracağını proqnozlaşdıranlar da var (anspress).

OXŞAR XƏBƏRLƏR