Klintondan sərt açıqlama: “Fransanın yolu ilə getməyəcəyik.”
Bütün Xəbərlər
10:45 27.01.2012
1086
ABŞ Fransa kimi qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək. AZXEBER.COMun CNN-ə istinadən verdiyi məlumata görə, dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə deyib ki, ABŞ bu məsələdə Fransanın yolu ilə getməyəcək. Hillari Klinton bildirib ki, “düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir. İnsanlar ABŞ-da nə istəsə danışa bilərlər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik”. Hillari Klinton erməni soyqırımının tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər.