Silahlı şəxslər klip çəkən qrupa basqın edərək 8 qadına təcavüz ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında baş verib.
Belə ki, Krugersdorp bölgəsində klip çəkən komandaya naməlum silahlılar tərəfindən hücum edilib.
8 qadının zorlandığını bildirən rəsmilər komandanın bəzi üzvlərinin qiymətli əşyalarının oğurlandığını qeyd edib.
Hadisəni törədənlərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlanılıb.
Aydın