Kölndə iki gündə ikinci partlayış

DÜNYA
17:18 18.09.2024
172
Almaniyanın Köln şəhərində geyim mağazası qarşısında  bombanın partlaması nəticəsində bir nəfər yüngül xəsarət alıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərində sentyabrın 16-da baş verən partlayışdan bir neçə gün sonra ikinci partlayış baş verib.

Səhər saatlarında Ehren küçəsindəki geyim mağazasının qarşısına qoyulan bomba partlayıb. Partlayış nəticəsində 1 nəfər yüngül yaralanarkən, binanın girişində dağıntılar baş verib.

Partlayışdan sonra başlayan yanğını yanğınsöndürənlər qısa müddətdə söndürüb. Hadisənin baş verdiyi ərazi piyadaların və avtomobillərin hərəkəti üçün bağlanıb.
OXŞAR XƏBƏRLƏR