Kölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLAR

Kölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
18:07 30.08.2021
429
Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Kölndə fəaliyyət göstərən Azərbaycan icması ilə görüşü baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, görüşdə Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun və KİV-lərinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir daha Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfər münasibətilə soydaşlarımızı təbrik edib və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə minnətdarlığını bildirib.

Komitə sədri Almaniyada ÜmumAvropa Qarabağ mitinqinin və digər izdihamlı tədbirlər keçirildiyini xatırladaraq, artıq qalib xalqın diasporunun həyatında yeni və mühüm mərhələnin başladığını nəzərə çatdırıb, diasporun güclənmiş şəkildə meydana çıxması üçün gənclərə böyük diqqət və qayğının göstərilməsini tövsiyə edib. "Biz birliyə nail olmalıyıq. Bu gün bizi birləşdirən dəyərlər daha çoxdur. İnsanları birləşdirən və bizi gücləndirən dəyərlərə daha çox diqqət göstərməliyik”, - deyə sədr bildirib.

Tədbir Komitənin son illərdəki fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri, o cümlədən diaspor fəallarının Şuşaya səfərini əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə davam edib.

Sonra isə Şimali Reyn Vestfaliya vilayətinin dövlət məmuru Elnur Rixter, Almaniyanın Ruhr Universitetinin dosenti, İngiltərənin Kembric Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadə, Almaniya Yazarlar Birliyinin üzvü, yazıçı, tərcüməçi, publisist Orxan Aras, Alman–Azərbaycan Dostluq

Cəmiyyətinin sədri Naibə Hacıyeva, İRKAZ təşkilatının üzvü, Almaniyanın "HennaMond” şirkətinin əməkdaşı Samir Həsənov, türk diasporunun üzvü Levent Taşkıran və başqaları çıxış ediblər. Onlar soydaşlarımız arasında birlik və həmrəyliyin böyük əhəmiyyət kəsb etməsindən, soykökünə, milli kimliyə bağlılığın vacibliyindən, Azərbaycan və Türkiyə diasporlarının birliyindən, alman ictimaiyyəti arasında, xüsusilə də mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, nüfuzlu yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən və bu sahədə mövcud olan çətinliklərdən danışıb, gələcək fəaliyyətə dair təkliflər irəli sürülüblər.

Görüş fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir