"Klon" serialının ulduzu vəfat etdi

"Klon" serialının ulduzu vəfat etdi
MAQAZİN
21:48 21.03.2026
217
Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə aktyorun yaxınlarına istinadən "Poder360" nəşri məlumat yayıb.

Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib.

Juka de Oliveyra tamaşaçılara "Klon" və "Braziliya prospekti" seriallarındakı rolları ilə tanış idi.

Aktyor martın 13-dən San-Paulu şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, o, ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR