AFFA İntizam Komitəsinin bu gün keçirilənnövbəti iclasında Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatı və ölkə kubokunda 1/16 final mərhələsinin oyunları diqqətdən kənarda qalmayıb.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun “Simurq” – AZAL matçının 28-ci dəqiqəsində AZAL klubunun 1 nömrəli futbolçusu Elməddin Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/16 final “Tərəqqi” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Tərəqqi” klubunun 15 nömrəli futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib.
Oyunun 77-ci dəqiqəsində “Ağsu” klubunun 14 nömrəli futbolçusu Emin Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.
Azərbaycan Kubokunun 1/16 final MOİK – “Bakılı” matçının 29-cu dəqiqəsində “Bakılı” klubunun 10 nömrəli futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.