Bu gün UEFA Avropa Liqasında növbəti mövsümün ilk 2 təsnifat mərhələsinin püşkü olacaq.
AZXEBER.COM-un məlumatına görə, Bakı vaxtilə saat 16:00-da UEFA-nın mənzil-qərargahında start götürmüş mərasimdə Azərbaycanın turnirdəki təmsilçiləri – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın rəqibləri müəyyənləşib. Püşkün nəticəsi təmsilçilərimiz üçün uğurlu sayıla bilər:
“Metallurq” (Makedoniya, 2,300) - “Qarabağ” (Azərbaycan, 5,708)
“Slima” (Malta, 1,541) - “Xəzər Lənkəran” (Azərbaycan, 2,958)
“Mariehamn” (Finlandiya, 1,701) - “İnter” (Azərbaycan, 3,458)