Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə növbəti raundun 29 cütünə aydınlıq gələcək. II təsnifat mərhələsinin yalnız ilk matçları baş tutduqdan sonra keçiriləcək püşkdə münasibətlərini ayırd etməkdə olan 40 cüt və mübarizəyə yeni qoşulacaq 18 komanda iştirak edəcək. Onlar arasında Azərbaycan klublarının yer aldığı cütlər də var. Rəqibi “Makkabi”nin (Hayfa, İsrail) reytinqi yüksək olduğundan “Xəzər Lənkəran”ın bu rəqiblə təşkil etdiyi cüt səpələnmişlər sırasındadır. Bu isə o deməkdir ki, mərhələ keçəcəyi halda Lənkəran təmsilçisini nisbətən asan komanda gözləyəcək. “Qarabağ” – “Pyast” (Polşa) və “Tromse” (Norveç) – “İnter” cütü isə səpələnməmişlər arasındadır. Onların potensial rəqibləri arasında “Sevilya”, “Ştutqart”, “Udineze” kimi tanınmış klublar var. Təbii ki, güclü rəqibin uduzacağı cütün qalibi ilə qarşılaşmaq ən arzulanan variantdır. Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. III təsnifat mərhələsinin ilk matçları avqustun 1-də, cavab görüşləri isə 8-də baş tutacaq. Səpələnmişlər “Ştutqart” (Almaniya) “Sevilya” (İspaniya) “Udineze” (İtaliya) “Brügge” (Belçika) “Sent Etyenn” (Fransa) “Sürix” (İsveçrə) “Suonsi” (İngiltərə) “Rapid” (Avstriya) “Metallurq” (Donetsk, Ukrayna) “Eştoril” (Portuqaliya) “Vitess” (Hollandiya) “Kuban” (Rusiya) “Bursaspor” (Türkiyə) “Beroe” (Bolqarıstan) - “Hapoel” (T-Ə, İsrail) cütünün qalibi “Yaqodina” (Serbiya) - “Rubin” (Rusiya) cütünün qalibi "Reykyavik" (İslandiya) - “Standard” (Belçika) cütünün qalibi “Honka” (Finlandiya) - “Lex” (Polşa) cütünün qalibi “Sparta” (Çexiya) - “Hakken” (İsveç) cütünün qalibi “Trabzonspor” (Türkiyə) - “Derri Siti” (İrlandiya) cütünün qalibi “Differdanj” (Lüksemburq) - “Utrext” (Hollandiya) cütünün qalibi “Olimpiya” (Sloveniya) - “Jilina” (Slovakiya) cütünün qalibi “Makkabi” (Hayfa, İsrail) – “Xəzər Lənkəran” (Azərbaycan) cütünün qalibi “Breydablik” (İslandiya) - “Şturm” (Avstriya) cütünün qalibi “Dila” (Gürcüstan) - “Olborq” (Danimarka) cütünün qalibi "Rusenborq" (Norveç) - “Sent-Conston” (Şotlandiya) cütünün qalibi "Astra" (Rumıniya) - “Omoniya” (Kipr) cütünün qalibi “Çernomorets” (Ukrayna) - "Daçiya" (Moldova) cütünün qalibi “Anortosis” (Kipr) - "Gefle" (İsveç) cütünün qalibi “Stromsqodset” (Norveç) - “Debretsen” (Macarıstan) cütünün qalibi Səpələnməmişlər “Asteras” (Yunanıstan) “Randers” (Danimarka) “Motervell” (Şotlandiya) “Yablonets” (Çexiya) “Hapoel” (Ramat-Qan, İsrail) "İrtış" (Qazaxıstan) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi “Ventspils” (Latviya) - “Jeness” (Lüksemburq) cütünün qalibi "Dinamo" (Belarus) - “Lokomotiv” (Xorvatiya) cütünün qalibi "Mladost" (Monteneqro) - “Senitsa” (Slovakiya) cütünün qalibi “Panduri” (Rumıniya) - "Levadiya" (Estoniya) cütünün qalibi “Şaxtyor” (Belarus) - "Milsami" (Moldova) cütünün qalibi "Skonto" (Latviya) - “Slovan” (Çexiya) cütünün qalibi "Zrinski" (Bosniya və Herseqovina) - "Botev" (Bolqarıstan) cütünün qalibi "Malmö" (İsveç) - “Hibernian” (Şotlandiya) cütünün qalibi “Petrolul” (Rumıniya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi “Höteborq” (İsveç) - “Trençin” (Slovakiya) cütünün qalibi “Hodd” (Norveç) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi "Valletta" (Malta) - “Minsk” (Belarus) cütünün qalibi “Tyun” (İsveçrə) - “Çixura” (Gürcüstan) cütünün qalibi "Kukesi" (Albaniya) - “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi “Jalgiris” (Litva) - "Punik" (Ermənistan) cütünün qalibi “Ksanti” (Yunanıstan) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi “Srvena Zvezda” (Serbiya) - “Vestmannaeyar” (İslandiya) cütünün qalibi "Voyvodina" (Serbiya) - "Honved" (Macarıstan) cütünün qalibi “Şlensk” (Polşa) - “Rudar” (Monteneqro) cütünün qalibi “Rieka” (Xorvatiya) - “Prestatin” (Uels) cütünün qalibi “Qarabağ” (Azərbaycan) – “Pyast” (Polşa) cütünün qalibi “Tromse” (Norveç) – “İnter” (Azərbaycan) cütünün qalibi “Hayduk” (Xorvatiya) - "Turnovo" (Makedoniya) cütünün qalibi