Bu gün UEFA Avropa klublarının fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, siyahıda yer alan komandalarımızda heç birinin mövqeyi dəyişməyib. Azərbaycandan ən yaxşı göstəricilərə malik olan “Neftçi” və “Qarabağ” 5.708 xalla əvvəlkitək 226-227-ci yerdə qərarlaşıb. “Bakı” 270-ci (3.958), “İnter” 294-cü (3.458), “Xəzər Lənkəran” 322-ci (2.958), AZAL və “Simirq” isə 1.958 xalla müvafiq olaraq 373 və 374-cü yerləri tuturlar.
Son beş ildə avrokuboklarda göstərilən nəticələrə əsasən hazırlanan reytinq cədvəlinə 150.919 xalla yenə də İspaniya “Barselona”sı başçılıq edir. Almaniya “Bavariya”sı ikinci (131.094), İngiltərə “Mançester Yunayted”I isə (129.707) üçüncüdür.