Klubumuz Avropanın ən yaxşısı oldu - SİYAHI

İDMAN
12:56 01.04.2014
1034
“Qarabağ” cari mövsümdə 14 qola üzülüb.
“Qarabağ” Avropanın ən yaxşı müdafiə xəttinə sahib olan klubdur.
AZXEBER.COM Fanat.az-a istinadən xəbər verir ki, “Ağdam” klubu cari mövsümdə ən az qol buraxan klublar siyahısında birinci pilləyə yüksəlib.
Sonuncu 24-cü turun “Neftçi” ilə oyununda qol buraxan komanda (4:1) “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ” (3:0) matçlarında qapısını toxunulmaz saxlayıb. “Qarabağ” cari mövsümdə 14 qola üzülüb.
Premyer Liqanın lideri son turadək Avropa klubları arasında yalnız “Bavariya”dan geri qalırdı. Sonuncu turda “Hoffenhaym”la 3:3 hesablı heç-heçəyə razılaşan “Münhen” klubunun buraxdığı qolların sayı 16-ya çatıb.
Ən az qol buraxanların siyahısında “Simurq” da var. Zaqatala təmsilçisi 22 oyunda 22 dəfə məyus olub və “Qalatasaray”, “Ayaks”, “Yuventus”, “Atletiko”, və “Artomitos”la birlikdə 14-19-cu pillələri bölüşür.
Avropanın 14 önəmli milli çempionatında və Azərbaycanda ən azı qol buraxan klubları təqdim edirik:
1. “Qarabağ” - 14
2. “Roma” - 15
3. “Benfika” - 15
4. “Bavaryia” - 16
5. “Seltik” - 16
6. “Standard” - 17
7. “Olimpiakos” - 17
8. “Sportinq” - 17
9. “Lokomotiv” - 17
10. “PSJ” - 18
11. “Lill” - 19
12. “Portu” - 20
13. “Midilyand” - 21
14. “Qalatasaray” - 22
15. “Simurq” - 22
16. “Ayaks” - 22
17. “Yuventus” - 22
18. “Atletiko” - 22
19. “Artomitos” - 22
20. “Zenit” - 23
21. “Çelsi” - 24
22. “Panatiniakos” - 24
23. “Barselona” - 25
24. “Beşiktaş” - 25
25. “Eskişəhərspor” - 25
OXŞAR XƏBƏRLƏR