Klubun heyətindən qovulan Ronaldodan AÇIQLAMA

İDMAN
19:57 21.10.2022
707
Heyətdən kənarlaşdırılan Kriştiano Ronaldo açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Mançester Yunayted"də heyətdən kənarlaşdırılan Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.

Portuqaliyalı hücumçu çalışmağa davam edəcəyini yazıb:

"Karyeram ərzində hər zamankı kimi həmkarlarıma, düşmənlərimə və məşqçilərimə hörmətlə yanaşdım və belə də davam edir. Bu, heç vaxt dəyişməyib, mən dəyişməmişəm. Son 20 ildir yüksək səviyyədə futbol oynayan eyni adam, eyni peşəkaram. Hörmət hər zaman qərar verməyimdə böyük rol oynayıb. Gənc oldum, indi isə nümunə göstərilən təcrübəli biriyəm. Buna xüsusi diqqət edirəm. Təəssüf ki, hər zaman istədiyiniz şeylər olmur. İndi Karrinqtonda çalışmağa davam edirəm. Komanda yoldaşlarımı dəstəkləyir, hər oyuna hazır olmaq məcburiyyətində olduğumu hiss edirəm. Təzyiqə təslim olmaq mümkün olmayıb. Bura "Mançester Yunayted"dir və birlikdə ayaqda durmalıyıq. Yaxın zamanda yenidən birlikdə olacağıq".

Qeyd edək ki, "Mançester Yunayted" intizamsız davranışlarına görə Ronaldonu heyətdən kənarlaşdırıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR