"Bir-iki gündən sonra Kiyev rusların əlinə keçəcək, əsas böyük şəhərlər Xerson, Xarkov tutulacaq”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, hər şey Ukrayna ordusunun müqavimət gücündən asılıdır:

"Hər şey Ukrayna ordusunun müqavimət gücündən asılıdır. Əgər Ukrayna ordusu iki-üç gün də müqavimət göstərsə, bu vaxta qədər də beynəlxalq aləm – Avropa İttifaqı, ABŞ özünə gəlib müəyyən dərəcədə tədbirlər görsələr, BMT Təhlükəsizlik Şurası yığışıb hansısa qərar qəbul etsə, eyni zamanda Qərb dövlətləri Ukraynaya genişmiqyaslı hərbi sursat və texnika təchizatını təşkil etsə, onda nəyəsə ümid etmək olar. Əks halda bir-iki gündən sonra Kiyev rusların əlinə keçəcək, əsas böyük şəhərlər Xerson, Xarkov tutulacaq. Faktiki olaraq Dnepr çayının sol sahili tamamilə rusların nəzarətinə keçəcək. Belə olan halda onlar hansısa, ruspərəst müqəvvanı gətirib Kiyevdə Ukrayna höküməti adı altında oturdacaqlar. Hesab edin ki, tam qələbə çalacaqlar”.
Politoloq həmçinin bildirib ki, Rusiya üçün bunun aqibəti mənfi olacaq:
"Amma Rusiya üçün bunun aqibəti mənfi olacaq. Çünki Rusiya özünü Şimali Koreyanın vəziyyətinə qoydu. Beynəlxalq münasibətlər sistemindən təcrid ediləcək. Qərbin əlində Rusiya üçün ən güclü alət son 30 ildə rus xalqından oğurladıqları və Qərbdə yerləşdirdikləri Rusiya hakim siyasi sinifinin varidatını, mülkiyyətini, pullarını müsadirə etmək olardı. Bu zaman Rusiya hakim zümrəsi, hansı ki, indi Putin ətrafında sıx birləşib, onları Putinə qarşı çıxacaqlar".
Aydın Nuri