Kömür mədənində baş verən partlayışda 11 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam Çinin Yanan şəhərinin Yançuan rayonunda Şintay kömür mədənində partlayış baş verib.
Partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.
Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və oradan ildə 300 min ton kömür çıxarıldığı bildirilib.
Son illərdə qəzaların sayı azalsa da, infrastrukturun köhnə və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində mədən müəssisələrində qəzalar tez-tez baş verir.
Gülay