Könül: “Bir dəfə maşında necə qışqırdımsa, yanımdakı qaçmaq istədi” - VİDEO

Könül: “Bir dəfə maşında necə qışqırdımsa, yanımdakı qaçmaq istədi” - VİDEO
MAQAZİN
15:01 31.01.2018
1609
Lider TV-də yayımlanan "7 gün” verilişində maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki, verilişin aparıcısı Könül Muxtarova əsəbi halından bəhs edib.
 
Aparıcı çox səbrli olduğunu desə də, əsəbi halından da danışıb: "Mən çox səbirli insanam, susmağı sevirəm. Dama-dama göl olur deyirlər. O elə məqama çatır ki, qışqırıram. Bir dəfə yaxın dostumla avtomobildə gedərkən əsəbləşmişdim, necə qışqırdımsa, qız maşının qapısını açıb qaçmaq istədi. Tək olanda və ya yaxın insan yanımda olanda qışqıra bilərəm. Məni əsəbləşdirən insanların qəlbini qırmaram. Gözümün yaşını silib, həyatıma davam edərəm”
 
Verilişin digər aparıcısı Zaur Nəbioğlu isə əsəbinin tez soyuduğunu bildirib. "Mən əsəbləşəndə divarla dalaşıram. Anam həmişə deyir ki, əsəbin qısa zamanda çəkir. Sonra isə hər şeyi unuduram”.
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR