Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir

Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
SİYASƏT
15:04 13.10.2026
137
"Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
 
Millət vəkili qeyd edib ki, Kamboca Krallığı ilə əlaqələr də bu xüsusda mühüm əhəmiyyət kəsb edir:
 
"Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası üçün də etibarlı və cəlbedici tərəfdaşdır. Kamboca Krallığı ilə əlaqələr də bu xüsusda mühüm əhəmiyyət kəsb edir. 1994-cü il dekabrın 28-də diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün mühüm zəmin formalaşıb. Prezident İlham Əliyev rəsmi görüş zamanı mövcud siyasi münasibətləri yüksək qiymətləndirərək "Biz yaxşı dost və tərəfdaşıq”, – söyləyib".

Deputat bildirib ki, səfər çərçivəsində bir sıra məsələlər müzakirə edilib:
 
"Səfər çərçivəsində ticarət, investisiya, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Ticarət və investisiya sahəsində konkret təkliflərin hazırlanması üçün birgə işçi qrupunun yaradılması barədə razılıq da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan–Kamboca münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi yer tutur. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında təmasları əlaqələri möhkəmləndirir. Milli Məclisin sədri Sahibə Qafarovanın 2025-ci il sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşündə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə parlamentlər arasında imzalanmış anlaşma memorandumunun, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın rolu qeyd edilib. Prezident İlham Əliyev də 2026-cı il oktyabrın 12-də parlamentlərarası əlaqələrə toxunaraq bildirib ki, "Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir”".

Könül Nurullayeva iki ölkə arasında olan əməkdaşlığın beynəlxalq parlament diplomatiyasının inkişafı baxımından əhəmiyyətli adlandırıb:
 
"Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə Kambocanın göstərdiyi dəstəkdir. Bu fakt Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq parlament diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir. Bundan əlavə, beynəlxalq təşkilatlarda dialoqun davam etdirilməsi və mina təhlükəsi kimi ortaq problemlərlə bağlı təcrübə mübadiləsi əməkdaşlığın praktik istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika bağlantılarında oynadığı rol, Kambocanın isə Cənub-Şərqi Asiya regionundakı mövqeyi ikitərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal layihələri və turizm sahəsində əməkdaşlıq münasibətlərdən iqtisadi dividendlər əldə etməyə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlardan istifadə üçün qarşılıqlı məlumat mübadiləsinin və biznes əlaqələrinin genişləndirilməsi vacibdir. Humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Kamboca arasında təhsil əlaqələrinin tarixi mövcuddur. Kambocalı tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası, universitetlər arasında əməkdaşlıq və gənclərin mübadilə proqramları xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq