Xalq artisti Könül Xasıyeva Heydər Əliyev Sarayında sonuncu dəfə konsert verdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, bu haqda o, "Qonaqcanlı" verilişinə müsahibəsində bildirib.
Xasıyevanın sözlərinə görə bundan sonra yalnız təşkilatçılar dəvət etdiyi halda səhnəyə çıxacaq:
"45 ildir ki, artıq akademik səhnədəyəm. Bu gün də konsert verəndə həyəcanlanıram. Bu da məsuliyyətdən irəli gəlir. Bu mənim sonuncu konsertimdir. Bundan sonra yalnız təşkilatçıların təşkil edəcəyi konsertlərdə gəlib ifa edəcəyəm".
Aysel










































